Ölkədə transplantologiya inkişaf edir. Vətəndaşlar artıq əməliyyat üçün xaricə getmək zərurətindən azad ediliblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Foodinfo.az-a verilən məlumata görə, bu barədə nazir Oqtay Şirəliyev Nazirlikdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib.
Nazir bildirib ki, indiyə kimi 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köçürülüb. Bu qrup insanlar zəruri qayğı ilə əhatə ediliblər.
"Təcili yardıma müraciətlər son illər iki dəfəyə yaxın artıb. Təcili yardıma 1000-ə yaxın avtomobil təqdim edilib. Sanaviasiya xidməti göstərilir, zəruri hallarda vətəndaşlara regionlarda, yerlərdə Bakıdan ezam edilən mütəxəssislər tərəfindən xidmət təqdim edilir", deyə nazir vurğulayb.
Son xəbərlər
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq
- Limon dilimlərini dondurun - 6 MƏSLƏHƏT
- Həkim təhlükəli kulinariya səhvlərindən danışıb
- D vitaminini qorumaq üçün yumurtanı necə saxlamaq olar?