
Bakıda “Bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr, o cümlədən davamlı üzvi çirkləndiricilərin beynəlxalq ticarəti” mövzusunda maarifləndirici seminar keçirilib. Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, pestisid və aqrokimyəvi maddə idxalçıları iştirak edib.
Foodinfo.az xəbər verir ki, seminarda “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat verilib. Layihədə nəzərdə tutulan yeniliklərin idxal proseslərinə tətbiqi, beynəlxalq ticarətdə mövcud tənzimləmələr və bu sahədə şəffaflığın artırılmasına dair izahlar edilib.
Sonda müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.