
Sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.
Foodinfo.az xəbər verir ki, ilasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” və digər sənədlər imzalanıb.
Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.

