
Mikrodalğalı soba müasir mətbəxin rahatlıq simvoludur, lakin onun yaratdığı dalğaların qida üzərindəki təsiri hələ də müzakirə mövzusudur. Foodinfo.az bildirir ki, bu cür sobalar qidanı birbaşa istiliklə deyil, molekulyar səviyyədə titrəyişlə isidir və bu, bəzi maddələrin strukturunu dəyişə bilər.
Mütəxəssislər qeyd edirlər ki, bəzi vitaminlər – xüsusilə B qrupu vitaminləri – mikrodalğalı isitməyə qarşı həssasdır. Bu da yeməyin qidalandırıcı dəyərinin azalmasına səbəb ola bilər. Eyni zamanda, plastik qabların mikrodalğada istifadəsi zamanı qidaya zərərli maddələrin keçməsi ehtimalı artır.
Xüsusilə ftalatlar və bisfenol A kimi maddələr hormon sisteminə mənfi təsir göstərə bilər. Mikrodalğada qızdırılan yağlı yeməklər isə bəzən zərərli birləşmələr yarada bilər. Buna görə də yeməkləri şüşə və ya keramika qabda isitməyə üstünlük verilməlidir. Uzunmüddətli və tez-tez istifadənin təsiri hələ də tam aydın olmasa da, ehtiyatlı olmaqda fayda var. Mikrodalğalı soba istifadə edilərkən qapaqlı, ventilyasiya olunan qablar seçilməlidir.