Ayaqların daim soyuq olması yalnız narahatlıq yaratmır, eyni zamanda orqanizmdə ciddi pozuntuların siqnalı ola bilər. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, İspan podoloqu Manu Vidal bildirir ki, soyuq ayaqların ən əsas səbəblərindən biri zərərli vərdişlərdir, xüsusilə siqaret çəkmək və spirtli içkilərin qəbulu. Həmçinin dar corab və ayaqqabılar qan dövranını pisləşdirərək ayaqlarda soyuqluğa səbəb ola bilər.
Mütəxəssis qeyd edir ki, ürək-damar xəstəlikləri də ayaqlarda qan dövranının pozulmasına gətirib çıxara bilər. Hipertenziya, ateroskleroz və yüksək xolesterol kimi problemlər qan axınının azalmasına və ayaqlarda soyuqluğa səbəb olur.
Bundan əlavə, hərəkətsiz həyat tərzi, qalxanvari vəzinin fəaliyyəti ilə bağlı problemlər, psixiatrik pozuntular və xroniki stres də soyuq ayaqların yaranmasında rol oynayır. Vidalın sözlərinə görə, davamlı soyuq ayaqları olan şəxslər vəziyyəti ciddi qəbul etməli və mütəxəssis məsləhəti almalıdırlar.






