Dioksinlər ilk dəfə 1827-ci ildə Almaniyada soda istehsalı ilə buraxılmış, daha sonra Vyetnam müharibəsi zamanı meşələri yandırmaq üçün istifadə edilən herbisidlərlə ətraf mühitin çirklənməsi ilə diqqət çəkmişdir. Yaxın keçmişdə Ukraynanın keçmiş prezidentinin zəhərlənməsi ilə bağlı dünya gündəmində olub. 

Foodinfo.az xəbər verir ki, ətraf mühit çirkləndiriciləri kimi tanınan dioksinlər heç bir kommersiya məqsədləri üçün istehsal olunmur və sənayedə yanma zamanı əmələ gələn əlavə məhsullardır.

 Nəzarətsiz istifadə ilə havaya, suya və torpağa keçən herbisidlər, işlənmiş qazlar və süzülməmiş sənaye bacaları heyvanlara, bitkilərə və dolayısıyla insanlara çatır. Dioksinlər qida zənciri ilə insanlara çatır. İnsanlar xüsusilə istehlak etdikləri qidalardakı heyvan yağları vasitəsilə dioksinlərə məruz qalırlar.

Dioksinlər ümumiyyətlə süd məhsullarında, ətdə, balıqda, qabıqlı balıqlarda və hətta ana südündə olur və süd vasitəsilə anadan körpəyə keçə bilirlər. 

Dioksinlər lipolifik xüsusiyyətlərinə görə yuxarıda sadalanan qidaların yağ toxumalarında yığılaraq insanlarda və heyvanlarda reproduktiv və inkişaf problemlərinə, immun sisteminin zəifləməsinə və xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər. İnsanlarda TCDD-nin ən mühüm göstəriciləri dəri toksiklikləri, müxtəlif qaraciyər fermentlərinin artması, qaraciyərin zədələnməsi, qaraciyər kütləsinin böyüməsinə səbəb olur. Bundan əlavə, heyvanlar üzərində aparılan tədqiqatlar da ürək toxumasında müxtəlif pozulmalara səbəb olduğu aşkar edilmişdir.

Sənayenin inkişafı ilə bir çox kimyəvi maddələrin istehsalı zamanı ayrılan dioksinlərin və oxşar birləşmələrin əmələ gəlməsi artır. Bu kimyəvi maddələr suda həll olunmadığı üçün uzun müddət təbiətdə qalıcı ola bilir və qida zənciri ilə insanlara və heyvanlara ötürülə bilir. Bir çox tədqiqat dioksinlərin insanlar və heyvanlar üzərində zərərli təsirlərini göstərmişdir. Bütün bu səbəblərə görə dioksinə məruz qalmanın qarşısının alınması mühüm məsələdir. Təsirdən qaçmaq üçün ət yağının istehlakını azaltmaq, az yağlı süd məhsullarına üstünlük vermək, tərəvəz, dənli bitkilər və meyvə kimi məhsulların qida rasionuna balanslaşdırılmış şəkildə daxil edilməsi vacib hesab edilir.