Bazarlarda satılan ərik qurularının bir qismi süni boyalar və qoruyucu maddələrlə emal olunur. Foodinfo.az bildirir ki, təbii ərik qurusu tünd qəhvəyi və ya tünd narıncı rəngdə olmalı, parlaq olmamalıdır. Parlaq və yapışqan teksturalı məhsulların kimyəvi işlənmədən keçdiyi ehtimal olunur.

Mütəxəssislər alış zamanı tərkib etiketinə diqqət yetirməyi və mümkün qədər yerli istehsalçıların məhsullarına üstünlük verməyi məsləhət görür. Belə məhsullar həm təhlükəsiz, həm də faydalıdır.