Son illərdə təbii qulluq vasitələrinə marağın artması ilə birlikdə dəfnə sabunu da yenidən populyarlaşmağa başlayıb. Bu sabunun həm dəri, həm də saç üçün bir sıra faydaları olduğu bildirilir.

Foodinfo.az xəbər verir ki, dəfnə sabunu antibakterial xüsusiyyətlərə malikdir. Bu səbəbdən sızanaq və dəri iltihablarının azalmasına kömək edə bilər. Xüsusilə yağlı və problemli dəriyə sahib olanlar üçün uyğun hesab olunur.

Bu sabun dərinin təbii yağ balansını qorumağa kömək edir. Nəticədə dəri nə çox quruyur, nə də həddindən artıq yağlanır.

Bundan əlavə, dəfnə sabununun saç dərisinə də faydalı olduğu bildirilir. Onun istifadəsi kəpəyin azalmasına, saç köklərinin möhkəmlənməsinə və saçın daha sağlam görünməsinə dəstək verir.

Dəfnə sabununun digər bir üstünlüyü isə dərini yumşaltması və təbii parlaqlıq verməsidir. Daimi istifadə zamanı dəri daha təmiz və təravətli görünür.

Hər nə qədər təbii məhsul olsa da, dəfnə sabunu hər dəri tipinə eyni təsir göstərməyə bilər. Bu səbəbdən istifadə etməzdən əvvəl kiçik bir sahədə yoxlanılması tövsiyə olunur.