
Mütəxəssislər səhər yeməyinin günün ən vacib qidalanma vaxtı olduğunu təsdiqləyir və bu vərdişin bədən çəkisinə təsirini xüsusi vurğulayırlar.
Foodinfo.az bildirir ki, araşdırmalara görə, səhər yeməyindən imtina piylənmə, insulinə qarşı dözümlülük və metabolik sindrom riskini artırır. Ən önəmlisi isə odur ki, qidalanma vaxtı arıqlama prosesinə birbaşa təsir göstərir. Hətta qəbul edilən kalori miqdarı dəyişməsə belə, günün əvvəlində yemək daha çox çəki itkisinə səbəb ola bilər.
Alimlər bildirir ki, erkən saatlarda qida qəbulu insanın bioloji ritminə uyğunlaşır. Orqanizm günün ilk yarısında enerjini daha səmərəli istifadə edir, kaloriləri daha yaxşı yandırır. Axşam saatlarında yemək isə bədən çəkisinin artması və diabet kimi xəstəliklərin riskini artırır.
Səhər yeməyinin optimal vaxtı şəxsin gündəlik rejimindən asılı olsa da, ümumi qayda kimi axşam yeməyindən sonra ən azı on iki saat gözləmək tövsiyə olunur. Məsələn, əgər nahar saat yeddidə başa çatıbsa, səhər yeməyi ən yaxşı halda növbəti gün saat yeddidən sonra olmalıdır.
Bir araşdırmada isə məlum olub ki, səhər saat 6:45 ilə 7:30 arasında yemək yeyənlər, saat 8:10 ilə 9:10 arasında yeyənlərlə müqayisədə on iki həftə ərzində daha çox arıqlayıblar. Lakin bu, hələlik yalnız bir tədqiqatın nəticəsidir və daha geniş araşdırmalara ehtiyac var.
Mütəxəssislər arıqlamaq istəyənlərə səhər yeməyini vaxtında qəbul etməyi və gec yemək vərdişlərindən uzaq durmağı tövsiyə edirlər.