Rusiyanın keyfiyyətə nəzarət orqanı Roskachestvo bir neçə brendin bərk pendir növü olan bridə bağırsaq çöpləri (E. coli) aşkarlayıb. Bu barədə TASS agentliyi təşkilata istinadla məlumat yayıb.

Foodinfo.az bildirir ki, məlumata görə, “Yeqorlık moloko”, Vitalat, Schonfeld, Treville, “VkusVill”, Metro Chef və “Gorodeçkaya sırovarnya” markalı ağ kifli pendirlərdə mikrobioloji çirklənmə qeydə alınıb.

Roskachestvo bildirib ki, E. coli bakteriyasının pendirin tərkibində mövcudluğu sanitar normaların ciddi şəkildə pozulduğunu göstərir. Bu bakteriya insan sağlamlığı üçün risk daşıyır və məhsulun istehsalında ya çirklənmiş xammal, ya da qeyri-steril şəraitdən istifadə olunduğunu ehtimal edir.

Mütəxəssislər qeyd edir ki, belə növ bakteriyaların istehlakçılara ötürülməsi qida zəhərlənməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər.