Banan otaq temperaturunda saxlanmalı olan meyvələrdən biridir. Foodinfo.az xəbər verir ki, onun soyuducuya qoyulması qabığının tez qaralmasına və dadının dəyişməsinə səbəb olur. Aşağı temperatur bananın yetişmə prosesini dayandırır və meyvənin teksturasını sərtləşdirə bilər.

Banan yalnız çox yetişmişdirsə və daha gec istifadə ediləcəksə, dondurulmuş şəkildə saxlanıla bilər. Əks halda, ən ideal mühit quru, sərin və kölgəli yerdir. Soyuducu yalnız ehtiyat tədbiri kimi istifadə olunmalıdır.