Son zamanlar qida allergiyası artıb. Foodinfo.az xəbər verir ki, bu vəziyyət inkişaf etmiş Avropa ölkələrində də müşahidə olunur. Bəs buna səbəb nədir? 

Qərb həyat tərzi, keysəriyyə ilə doğuşlar, təbii həyatdan ayrılıq, siqaret, antibiotiklərin həddindən artıq istifadəsi və həddindən artıq gigiyenik həyat kimi müxtəlif amillər var. Amma biz bilirik ki, bunların heç biri buna görə məsuliyyət daşımır. Biz düşünürük ki, bunlar birgə fəaliyyət mexanizmi vasitəsilə bu artıma səbəb ola bilər. 

Qida allergiyasının xüsusilə körpələrdə daha çox olur. Uşaqların təxminən 6-8 faizində bu baş verir. İbtidai məktəb yaşına çatanda bu nisbətən azalır. Bunun səbəbi uşaqlıqda qida allergiyasının əhəmiyyətli bir hissəsinin zamanla geriləməsi və yox olmasıdır.