Xrom - insan üçün hava-su kimi lazım olan vacib fermentdir.
O, metabolizm, yağ turşuları, karbohidrat, zülal və xolesterin sintezində açar rolunu oynayır.
Qanda şəkərin səviyyəsini, insulinin aktivliyini tənzimləyir.
Orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır. Xrom damarları tutan xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır.
Orqanizmdə xrom çatışmazlığı əlamətləri:
-Yorğunluq, yuxusuzluq, narahatlıq
-Baş ağrıları, spazmlar
-Nevralgiya ağrıları
-əzələ kordinasiyasının pozulması
-əl-ayaqda əsmə
-hiperqlikemiya, hipoqlikemiya
-metobolizm pozğunluğu
-qanda triqliseridlərin və xolesterinin çoxalması
- ürəyin işemik xəstəlikləri
-bədən kütləsinin çox dəyişməsi - çox kökəlmə və ya arıqlama
-kişilərdə reproduktiv funksiyasının azalması
Orqanizm xromu su, hava, qida ilə qəbul edir.
Xromun sovrulması qalın bağırsaqda baş verir, mənimsənilməmiş xrom nəcislə xaric olur.
Daha böyük miqdar xrom isə öd şirəsi ilə itirilir.
Xrom qlükozaya tolerantlıq faktorunun əsas komponenti olduğundan o qlükozanın hüceyrə membranını təşkil edir. O, insulinin fəaliyyətini aktivləşdirir, bu hormonun təsir etdiyi bütün prosesləri tənzimləmiş olur.
Ona görə xrom şəkərli diabet xəstələrinə çox lazımdır. İstənilən şəkər xəstəsinin qanında xrom defisiti var. Bəlkə də xrom ehtiyatı kifayət qədər olsaydı, qanda qlükoza qalxmazdı, insulin pozulmazdı.