
Pomidoru soyuducuda saxlamaq olar, amma bu hər zaman tövsiyə edilmir. Çox yetişmiş və yumşalmış pomidorları xarab olmaması üçün soyuducuya qoymaq faydalıdır.
Foodinfo.az xəbər verir, kəsilmiş pomidorlar mütləq soyuducuda saxlanmalıdır.
Lakin soyuducuda pomidorun dadı və qoxusu zəifləyə, toxuması isə sulu ola bilər. Buna görə də, tam yetişməmiş pomidorlar otaq temperaturunda, qaranlıq və havalanan yerdə saxlanmalıdır.
Əgər yetişmiş pomidorları bir neçə gün istifadə etməyəcəksinizsə, soyuducuya qoyun və yeməkdən əvvəl bir-iki saat otaq temperaturunda saxlayaraqistifadə edin. Ümumiyyətlə, yaxşı dadı və toxuması üçün onu otaq temperaturunda saxlamaq lazımdır.