Mətbəxlərin ən çox istifadə olunan ədviyyatlarndan biri olan qara istiot yalnız yeməklərə dad verməklə kifayətlənmir, həm də sağlamlıq üçün bir sıra faydaları ilə diqqət çəkir. Qara istiot maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
Foodinfo.az xəbər verir ki, qara istiota acılıq verən “piperin” adlı maddə orqanizmdə istilik yaranmasını artırır və enerji sərfiyyatını stimullaşdırır. Bu proses maddələr mübadiləsinin daha aktiv işləməsinə dəstək olur.
Qara istiot həzmi də yaxşılaşdırmağa kömək edir. O, mədə şirəsinin ifrazını artıraraq qidaların daha rahat həzm olunmasına dəstək verir.
Bundan əlavə, qara istiotun antioksidant xüsusiyyətlərə malik olduğu və orqanizmi sərbəst radikalların zərərli təsirindən qorumağa kömək etdiyi bildirilir.
Həmçinin qeyd olunur ki, qara istiot bəzi vitamin və mineralların orqanizm tərəfindən mənimsənilməsini artırmağa kömək edir. Xüsusilə Curcumin maddəsinin təsirini gücləndirdiyi vurğulanır.
Bununla yanaşı, mütəxəssislər həddindən artıq qara istiot istifadəsinin mədə həssaslığı və yanma hissi yarada biləcəyini də xatırladır. Bu səbəbdən ölçülü istifadə tövsiyə olunur.
Qara istiot düzgün miqdarda istifadə edildikdə həm həzmi dəstəkləyir, həm də maddələr mübadiləsinin daha aktiv işləməsinə kömək edir.






