Bir çox insan səhər oyanan kimi acqarına qəhvə içməyi vərdiş halına çevirib, lakin bu davranış sağlamlığa mənfi təsir göstərə bilər. Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, dietoloq Marina Petrova bu vərdişin mədə-bağırsaq sistemini qıcıqlandırdığını bildirib.
Mütəxəssisin sözlərinə görə, acqarına qəbul edilən qəhvə mədə turşusunun ifrazını artırır və bu, zamanla qastrit və mədə yanması riskini yüksəldə bilər. Xüsusilə həssas mədəyə malik insanlarda bu təsir daha güclü hiss olunur. Həkim qeyd edir ki, səhər ilk olaraq su içmək və yüngül qida qəbul etmək daha düzgün yanaşmadır.
Petrova əlavə edir ki, səhər rejimi orqanizmin gün ərzində enerji balansını müəyyən edir. Balanslı səhər yeməyi metabolizmi aktivləşdirir, diqqət və iş qabiliyyətini artırır. Buna görə də günə tələsik qəhvə ilə başlamaq əvəzinə, yüngül və qidalı seçimlərə üstünlük vermək tövsiyə olunur.






