Yaz aylarında bir çox insan halsızlıq, yuxululuq və motivasiya azalması ilə qarşılaşır. Düzgün qidalanma bu vəziyyəti xeyli yüngülləşdirə bilər. Bəs yaz yorğunluğuna qarşı hansı qidalar faydalıdır?
Foodinfo.az bu qidaları təqdim edir:
1. Alma
Lif və təbii şəkərlərlə zəngin olan alma enerjini tədricən artırır və gün boyu gümrahlıq verir.
2. İspanaq
Dəmir və maqnezium mənbəyi olan ispanaq yorğunluqla mübarizədə təsirli qidalardandır.
3. Yumurta
Zülal və B vitaminləri ilə zəngin yumurta enerji səviyyəsini sabit saxlayır.
4. Qoz və badam
Sağlam yağlar və maqnezium sayəsində bədəni gücləndirir və zehni yorğunluğu azaldır.
5. Banan
Kalium və karbohidratlarla zəngin olan banan sürətli enerji mənbəyidir.
6. Qatıq
Probiyotiklərlə zəngin qatıq həzm sistemini yaxşılaşdırır və ümumi enerjini artırır.
7. Balıq
Xüsusilə omega-3 yağ turşuları ilə zəngin balıqlar beyin fəaliyyətini dəstəkləyir və yorğunluğu azaldır.
8. Su
Susuzluq da yorğunluğun əsas səbəblərindən biridir. Gün ərzində kifayət qədər su içmək vacibdir.
Bu qidaları gündəlik rasiona daxil etməklə yaz yorğunluğunu azaltmaq və daha enerjili olmaq mümkündür.






