Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər.
Oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssislər risklərin azaldılması üçün üzgüçülük zamanı qoruyucu eynəklərdən istifadə etməyi, çimdikdən sonra isə gözləri ovuşdurmamağı tövsiyə edirlər.
Bundan əlavə, kondisionerdən istifadə zamanı da ehtiyatlı olmaq vacibdir. Soyuq və quru hava gözlərdə yanma, yorğunluq və "qum hissi" yarada bilər (axşam.az)






