Səhərlər özünü yorğun və halsız hiss edənlərin sayı az deyil. Mütəxəssislər bildirirlər ki, günə enerjili başlamaq üçün mütləq qəhvə içmək vacib deyil. Düzgün seçilmiş qidalar və içkilər orqanizmi təbii şəkildə aktivləşdirə bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, нутрициолог Ulyana Belikova enerji verən bir sıra məhsulların gündəlik rasiona əlavə edilməsini tövsiyə edib. Onun sözlərinə görə, xüsusilə giləmeyvələr orqanizmin enerji ehtiyatını artırmağa kömək edir. Çaytikanı, zoğal, qaragilə, qara qarağat və brusnika yüksək miqdarda C vitamini və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi oksidləşdirici stressdən qoruyaraq yorğunluğun azalmasına yardım edir. Mütəxəssis gündə ən azı 300 qram giləmeyvə qəbul etməyi məsləhət görür.
Ekspert həmçinin son illər populyarlaşan matça çayının faydalarına diqqət çəkib. Yapon yaşıl çayı olan matça tərkibindəki L-teanin maddəsi sayəsində orqanizmə uzunmüddətli və yumşaq enerji verir. Bu içki əsəbilik yaratmadan 5-6 saat ərzində gümrahlıq hissini qoruyur. Gündə 1-2 fincan matça kifayət hesab olunur. Bununla yanaşı, sahan-dayla adlı bitki çayının da diqqət və yaddaşı gücləndirdiyi, stress və narahatlığı azaltdığı bildirilib. Lakin yüksək təzyiq, taxikardiya və əsəb gərginliyi olan şəxslərə ehtiyatlı istifadə tövsiyə edilir.
Mütəxəssisin sözlərinə görə, sümük bulyonu və fermentləşdirilmiş məhsullar da enerji üçün faydalıdır. Sümük bulyonu beyin və sinir sistemi üçün vacib amin turşuları ilə zəngindir. Kombuça kimi fermentləşdirilmiş içkilər isə bağırsaq mikroflorasını dəstəkləyərək serotonin və dopamin hormonlarının yaranmasına kömək edir. Belikova əlavə edib ki, qəhvə yorğunluğu tam aradan qaldırmır, sadəcə qısa müddətli gümrahlıq effekti yaradır. Buna görə də əsas diqqət balanslı və müxtəlif qidalanmaya yönəldilməlidir.






