Körpələrin qidalanmasında tələskənlik ciddi narahatlıqlara yol aça bilər. Xüsusilə əlavə qidaların vaxtından əvvəl verilməsi həzm sistemi tam formalaşmamış körpələrdə müxtəlif problemlərə səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, ilk aylarda körpənin əsas qidası ana südü və ya uyğunlaşdırılmış süd qarışığı olmalıdır. Bu mərhələdə mədə-bağırsaq sistemi hələ həssas olduğu üçün əlavə qidalar orqanizm tərəfindən çətin qəbul edilir.

Araşdırmalara əsasən, əlavə qidalara çox erkən başlamaq qarın ağrısı və köp, ishal və ya qəbizlik, allergik reaksiyalar, həzm çətinlikləri kimi problemlərə səbəb ola bilər.

Ümumiyyətlə əlavə qidaların 6-cı aydan sonra mərhələli şəkildə verilməsini tövsiyə edir. Bu dövrdə körpənin həzm sistemi daha hazır olur və yeni qidaları qəbul etmək qabiliyyəti artır.

Eyni zamanda vurğulanır ki, hər körpənin inkişafı fərqlidir. Buna görə də əlavə qidaya keçid zamanı pediatr məsləhəti almaq vacibdir.

Körpələrdə əlavə qidaların vaxtından əvvəl verilməsi həzm problemlərinə səbəb ola bilər. Düzgün zamanlama və mərhələli keçid isə körpənin sağlam inkişafı üçün əsas şərtlərdən biridir.