Sağlam qidalanmaq və gün ərzində tez-tez aclıq hiss etməmək üçün düzgün qida seçimi böyük əhəmiyyət daşıyır. Bəzi qidalar uzun müddət toxluq hissi yaradaraq həm enerji verir, həm də artıq qidalanmanın qarşısını almağa kömək edir.
Foodinfo.az xəbər verir ki, zülal və lif baxımından zəngin qidalar daha gec həzm olunur və bu səbəbdən insan özünü daha uzun müddət tox hiss edir.
Bu baxımdan Yumurta ən faydalı seçimlərdən biri hesab olunur. Yumurta yüksək zülal tərkibi ilə gün ərzində aclıq hissini azaltmağa kömək edir.
Həmçinin yulaf məhsulunun da uzunmüddətli toxluq yaratdığını bildirir. Liflə zəngin olan yulaf həzmi yavaşladır və enerji səviyyəsinin daha sabit qalmasına kömək edir.
Bundan əlavə, qoz-fındıq, paxlalılar, qatıq, kefir və tam taxıllı məhsullar da toxluq hissini artıran qidalar sırasında yer alır. Meyvələrdən alma və bananın da faydalı seçim olduğu vurğulanır.
Araşdırmalarda qeyd edilir ki, kifayət qədər su içmək də aclıq hissinin idarə olunmasına təsir göstərir. Bəzən orqanizmin susuzluğu aclıq kimi qəbul etdiyi bildirilir.
Şəkərli və çox işlənmiş qidalar qısa müddətli toxluq hissi yaratsa da, sonradan daha tez aclığa səbəb olur.
Nəticə olaraq, zülal və liflə zəngin təbii qidalar uzun müddət toxluq hissi yaradaraq həm sağlam qidalanmaya, həm də çəki nəzarətinə dəstək olur.






