
Uşaqların sağlam böyüməsi üçün düzgün qidalanma xüsusi önəmlidir. Foodinfo.az xəbər verir ki, “Gemotest” laboratoriyasının qastroenteroloqu Yekaterina Kaşux davamlı şirin qəlyanaltıların uşaqlarda piylənmə riskini yüksəltdiyini bildirib.
O, RİAMO-ya müsahibəsində vurğulayıb ki, uşaqların orqanizmi şəkərin həddindən artıq qəbuluna qarşı daha həssasdır, çünki onların maddələr mübadiləsi və həzm orqanları hələ tam inkişaf etməyib.
“Çox tez-tez və nəzarətsiz şəkildə şirin məhsullar, o cümlədən peçenye yemək bir sıra sağlamlıq problemlərinə yol açır,” – deyə Kaşux izah edib.
Həkim qeyd edib ki, şirini tamamilə qadağan etmək lazım deyil, lakin onu yalnız əsas yeməklərdən sonra, məhdud miqdarda rasiona daxil etmək məqsədəuyğundur.
Kaşuxun fikrincə, bu yanaşma uşaqlarda şirinə qarşı sağlam münasibət formalaşdırmağa kömək edir və piylənmənin qarşısını almağa şərait yaradır.
Ekspert valideynləri uşaqlarının qidalanmasına diqqətlə yanaşmağa və balanslı pəhriz tərtib etməyə çağırır.