Çuğundur tərkibindəki yüksək antioksidantlar, vitaminlər və minerallar sayəsində həm enerji səviyyəsini artırır, həm də orqanizmin müxtəlif funksiyalarını dəstəkləyir.
Foodinfo.az xəbər verir ki, çuğundur şirəsinin tərkibində olan nitratlar qan dövranını yaxşılaşdıraraq təzyiqin stabilləşməsinə kömək edir.
Eyni zamanda, bu içki idmanla məşğul olan şəxslərdə dözümlülüyü artırır və əzələlərin oksigenlə təminatını gücləndirir.
Çuğundur şirəsi qaraciyər fəaliyyətinin normallaşmasına, detoks proseslərinin sürətlənməsinə və həzm sisteminin daha yaxşı işləməsinə də müsbət təsir göstərir.
Dəmir və fol turşusu ilə zəngin olması səbəbindən qanazlığı yaşayan insanlara da tövsiyə edilir.
Çuğundur şirəsinin gündə 1 stəkan şəkildə qəbul edilməsi kifayət qədər fayda verir. Lakin qastrit və ya mədə turşuluğu yüksək olan şəxslərə içkini ehtiyatla istehlak etmək məsləhət görülür.






