“Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək”.
Foodinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrində dərc edilən məqalədə deyilir.
Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır. BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyanın digər hissələrinə də təsir edəcək. “Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir”, - mütəxəssis izah edib.
[gallery ids="45384"]
[gallery ids="45385"]
Hazırda dünyada buğda tədarükünün 10 faizi və qarğıdalı bazarının 15 faizi Ukraynanın payına düşür. Rusiya ən böyük taxıl ixracatçısı və günəbaxan toxumlarının ixracında liderlərdən biridir. Eyni zamanda, Qara dəniz regionundan buğda tədarükünün 40%-i ərzaq qiymətlərinin artıq kəskin bahalaşdığı Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.
[gallery ids="45386"]
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilber Unqbo xəbərdarlıq edib ki, davam edən böhran əsas məhsulların tədarükünü məhdudlaşdıra, ərzaq qiymətlərinin artmasına və aclığa səbəb ola bilər: “Bu, qlobal ərzaq təhlükəsizliyini təhlükə altına qoya və geosiyasi gərginliyi artıra bilər. Nəticələr onsuz da ailələrini dolandırmaqda çətinlik çəkənlər üçün xüsusilə ağır olacaq”.
[gallery ids="45387"]
[gallery ids="45388"]






