Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin dekanı İrina Lyalina balqabağın sağlamlıq üçün faydalı olduğunu, az kalorili olduğunu və pəhriz məhsulu hesab edildiyini bildirib.

Foodinfo.az xəbər verir ki, mütəxəssis "İzvestiya" qəzetinə müsahibəsində izah edib ki, balqabaq lif, vitamin və minerallarla zəngindir - B, C, PP, A, E, həmçinin dəmir, maqnezium, kalium və sink ehtiva edir.

Bioloqun sözlərinə görə, balqabaq qabığının tərkibində yaşa bağlı görmə itkisini ləngidən maddələr var.

Bundan əlavə, balqabağın müntəzəm istehlakı ürək xəstəliklərinin qarşısının alınması üçün faydalıdır.

O, gündə 400-500 q balqabaq yeməyi məsləhət görüb.

Leyla