Gəncliyi qorumaq üçün təbii müttəfiq axtaranlar üçün Foodinfo.az bildirir ki, parlaq-qırmızı “nerka” balığı ideal seçimdir. Bu barədə Moskva yaxınlığındakı Vidnov xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova NEWS.ru-ya danışıb.
Ekspertin sözlərinə görə, nerkanın faydası astaksantin adlı güclü təbii antioksidantın yüksək miqdarda olması ilə bağlıdır. Bu maddə balığın ətinə parlaq rəngini verir, hüceyrələri oksidləşmə stressindən qoruyur, yaşlanma prosesini ləngidir və xroniki xəstəliklərin riskini azalda bilər.
Astaksantin omega-3 yağ turşuları ilə birlikdə iltihabi proseslərin qarşısını almaqda mühüm rol oynayır, dərinin elastikliyini artırır və ultrabənövşəyi şüalara qarşı əlavə müdafiə təmin edir.
Bundan əlavə, nerka B12 vitamini və selen üçün zəngin mənbədir. Bu qida həm immun sistemini dəstəkləyir, həm də ümumi sağlamlığı qorumağa kömək edir. Beləliklə, yaşlanma əlamətlərini yavaşlatmaq və hüceyrələrin sağlamlığını qorumaq üçün diyetaya nerka balığını daxil etmək tövsiyə olunur.






