Sağlam və balanslı qidalanmada meyvə-tərəvəzin rolu əvəzolunmaz hesab olunur. Foodinfo.az bildirir ki, dietoloq Mar yana Cütovanın sözlərinə görə, gündəlik rasionda üstünlük əsasən yerli və mövsümi məhsullara verilməlidir. Mütəxəssis qeyd edir ki, qida rasionunun təxminən 70–80 faizi məhz yaşadığımız regionda istehsal olunan məhsullardan ibarət olmalıdır. Yerli tərəvəz və meyvələr adətən tam yetişmə mərhələsində yığıldığı üçün daha çox vitamin və antioksidant ehtiva edir. Bu isə onların orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə imkan yaradır.

Ekzotik meyvələr isə çox vaxt yetişməmiş halda yığılır və uzun məsafələrə daşınır. Nəticədə onların tərkibindəki faydalı maddələrin bir hissəsi itir. Bundan əlavə, idxal olunan bəzi məhsullarda saxlanma müddətini uzatmaq üçün pestisid və konservantlardan istifadə oluna bilər. Bu isə sağlamlıq üçün arzuolunan hesab edilmir. Bununla belə, mütəxəssislər sitrus meyvələrini müəyyən istisna kimi qiymətləndirir. Qış aylarında əlçatan olan portağal və naringi C vitamini ilə zəngin olduğu üçün rasiona əlavə edilə bilər. Kivi və nar da polifenollar və C vitamini baxımından faydalı məhsullar sırasındadır. Bu meyvələrin həftədə 2–3 dəfə istehlakı orqanizm üçün yetərli sayılır. Ümumilikdə isə sağlam seçim üçün əsas diqqət yerli və mövsümi məhsullara yönəldilməlidir.