Orqanizmin enerjisini və həzm sistemini aktiv saxlamaq üçün bəzən çox sadə addımlar kifayətdir. Foodinfo.az xəbər verir ki, idman təbabəti üzrə mütəxəssis və diyetoloq Yekaterina Strel­nikova “Lenta.ru”ya müsahibəsində metabolizmi təbii yolla sürətləndirməyin iki əsas qaydasını açıqlayıb.

Həkimin sözlərinə görə, ilk növbədə orqanizm gün ərzində kifayət qədər enerji almalıdır. Bunun üçün hər bir yeməkdə mürəkkəb karbohidratlara yer verilməlidir. Bu maddələr bütöv dənli bitkilərdə, paxlalılarda, eləcə də batat, çuğundur, yerkökü və kartof kimi tərəvəzlərdə bol miqdarda olur.

İkinci vacib amil isə su balansıdır. Mütəxəssis vurğulayıb ki, su orqanizmdə maddələrin daşınması üçün əsas vasitədir və onsuz sağlam metabolizmi qorumaq mümkün deyil.

O, həmçinin qeyd edib ki, yalnız təmiz su içmək lazımdır. Çünki çoxlu miqdarda qəhvə, qazlı içkilər, şirin şirələr və şəkərli əlavələr əksinə, maddələr mübadiləsini ləngidə bilər.

Strelnikova əlavə edib ki, balanslı qidalanma və yetərli miqdarda su qəbulu bədənin enerjisini artırır, mədə-bağırsaq sistemini tənzimləyir və artıq çəkidən azad olmağa kömək edir.