Son illərdə sağlam qidalanmaya marağın artması ilə birlikdə kivi şirəsi də diqqət mərkəzinə düşüb. Təzə sıxılmış və şəkərsiz kivi şirəsi orqanizm üçün bir sıra faydalar verir.

Foodinfo.az xəbər verir ki, kivi C vitamini baxımından olduqca zəngindir. Bu vitamin immun sisteminin güclənməsinə, orqanizmin infeksiyalara qarşı müqavimətinin artmasına və dərinin daha sağlam görünməsinə kömək edir.

Kivinin tərkibində olan “aktinidin” adlı ferment zülalların həzmini asanlaşdırır və həzm prosesini dəstəkləyir. Bu səbəbdən kivi şirəsinin köp və ağırlıq hissini azaltmağa yardımçı ola biləcəyi bildirilir.

Bundan əlavə, kivi kalium və antioksidantlarla zəngindir. Bu maddələr qan təzyiqinin tənzimlənməsinə və ürək-damar sağlamlığının qorunmasına müsbət təsir göstərir. Antioksidant təsir isə hüceyrələri zərərli təsirlərdən qoruyaraq erkən yaşlanma prosesini ləngidir.

Lakin kivi şirəsindı turşuluq yüksək olduğuna görə mədə yanması və ya reflü problemi olan insanlarda narahatlıq yarada bilər. Həmçinin paketlənmiş şirələrdə əlavə şəkər ola bilər.

Sağlamlıq üçün gündə bir stəkan təzə sıxılmış və şəkərsiz kivi şirəsinin kifayət etdiyi bildirilir.