Banan bağırsaq sağlamlığını dəstəkləyən ən faydalı meyvələrdən biridir. Tərkibindəki lif və xüsusi nişasta növləri həzm sisteminin normal fəaliyyətinə müsbət təsir göstərir.
Foodinfo.az xəbər verir ki, banan həll olunan lif — xüsusilə pektinlə zəngindir. Bu maddə bağırsaq hərəkətlərini tənzimləməyə və qəbizliyin qarşısını almağa kömək edir. Eyni zamanda həzm prosesini daha rahat edir.
Tam yetişməmiş (bir qədər yaşıl) banan “rezistent nişasta” ehtiva edir. Bu maddə prebiotik təsir göstərərək faydalı bağırsaq bakteriyalarını qidalandırır və mikrobiota balansını dəstəkləyir.
Yetişmiş bananın isə ishal zamanı faydalıdır. O, həm mədəni sakitləşdirir, həm də orqanizmin itirdiyi kaliumun bərpasına kömək edir.
Bununla yanaşı, həddindən artıq banan qəbulu bəzi insanlarda köp və qaz yarada bilər. Sağlamlıq üçün gündə 1–2 ədəd banan kifayət hesab olunur.
Balanslı qidalanma çərçivəsində bananın müntəzəm istehlakı bağırsaq sağlamlığının qorunmasına töhfə verir.






