Bitki və bitkiçilik məhsullarından nümunə üçün zərərvericilərin toplanması zamanı iri həşəratların toplanması müvafiq tələblərə uyğun həyata keçirilir. 

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, iri zərərvericilər ayrı-ayrılıqda sınaq şüşələrinə ehtiyatla - onları zədələmədən (xüsusilə də bığ, qanad və ayaqları) toplanır. Zərərverici toplanmış sınaq şüşəsinə yem qoyulur və sınaq şüşəsinin ağzı kip pambıq tıxacı ilə bağlanır. Çoxayaqlıların, məryəmqurdlarının, hörümçəklərin hər bir fərdi dərhal spirtlə doldurulmuş ayrı-ayrı sınaq şüşələrinə yerləşdirilir.