Sarımsaq təbii antibiotik kimi tanınır və min illərdir müxtəlif xəstəliklərə qarşı istifadə olunur. Foodinfo.az bildirir ki, acqarına qəbul edildikdə onun təsiri daha da artır. Bu halda sarımsaq qəbul etdikdə qanı durulaşdıraraq infarkt və insult riskini azaldır. Həmçinin həzm sistemini stimullaşdıraraq qəbizlik problemini yüngülləşdirir.

Sarımsağın iltihab əleyhinə təsiri sayəsində oynaq ağrılarını azala bilər. O cümlədən qaraciyəri təmizləyərək detoks prosesini sürətləndirir, bədəndəki parazitləri və zərərli bakteriyaları məhv edir.

Ağız qoxusu yaratsa da, limon və ya cəfəri ilə birlikdə yeyildikdə bu problem aradan qalxır.