
Qarpız yay aylarında təkcə susuzluğu yatırmır, həm də ürək sağlamlığını dəstəkləyir.
Foodinfo.az xəbər verir ki, bu meyvə likopinlə zəngindir ki, bu maddə damar divarlarını qoruyur və infarkt riskini azaldır. Tərkibindəki sitrulin amin turşusu qan dövranını yaxşılaşdırır.
Mütəxəssislər bildirir ki, qarpız həmçinin təzyiqi tənzimləməyə kömək edir. Kalorisi az olan bu meyvə arıqlamaq istəyənlər üçün ideal seçimdir. Eyni zamanda orqanizmi təmizləyir və şlakların atılmasını sürətləndirir.
Qarpızın 90 faizdən çoxu sudur, bu da yay istisində təbii hidratasiya təmin edir. A vitamini və C vitamini ilə zəngin olduğu üçün dəriyə də canlılıq bəxş edir. Araşdırmalar göstərir ki, qarpız istehlakı əhval-ruhiyyəni yüksəldə bilər.
Səhər və ya günorta yeməyi arasında yüngül qəlyanaltı kimi tövsiyə olunur. Yayın ən faydalı və şən meyvələrindən biri olan qarpız həm uşaqlar, həm də böyüklər üçün əvəzolunmazdır.