Amerikalı cərrah Zak Törner bildirib ki, qadınların çox vaxt isti duşu seçməsinin əsas səbəbi fiziologiyadır. Foodinfo.az xəbər verir ki, bu, bədənin yavaş metabolizmi və yağ nisbəti ilə bağlıdır.

Törner vurğulayıb ki, qadınlar kişilərlə müqayisədə daha çox soyuğu hiss edir və üşüyürlər. Bu səbəbdən duş və ya vanna zamanı suyun temperaturunu bir neçə dərəcə yüksək tuturlar.

Lakin bəzi hallarda vəziyyət əksinə də ola bilər. Estrogen hormonu qan damarlarını genişləndirir və bu zaman qadınlara çox isti gəlir, belə hallarda onlar sərin su ilə yuyunmağı üstün tuturlar.

Beləliklə, qadınların duş zamanı suyun istiliyini seçməsi əsasən bədən fiziologiyası və hormonların təsiri ilə izah olunur.