Gündəlik limon istifadəsi sağlamlıq üçün sadə, lakin güclü bir addım ola bilər. Foodinfo.az bildirir ki, diyetoloq Melissa Nives limonun, vitamin C və liflə zəngin bu sitrus meyvəsinin, səkkiz elmi əsaslı faydasını açıqlayıb.
İmmunitetin güclənməsi. Limonun tərkibindəki vitamin C və fol turşusu oksidləşmə stresini və iltihabı nəzarətdə saxlayaraq immun cavabını dəstəkləyir.
İnsult riskinin azalması. C vitamini və flavonoidlər xüsusilə qadınlarda iskemik insult riskini azalda bilər.
Qan təzyiqinin tənzimlənməsi. Limon qabığı ekstraktı və flavonoidlər sistolik təzyiqi aşağı salmağa kömək edir və bağırsaq mikrobiotasına müsbət təsir göstərir.
Onkologiyanın qarşısının alınması. Tədqiqatlar göstərir ki, sitrus meyvələrinin yüksək qəbulu ağ ciyər xərçəngi riskini 9% azalda bilər, limon qabığı isə əlavə olaraq antikanser potensiala malikdir.
Dəmirin mənimsənilməsinin yaxşılaşdırılması. Limon vitamin C ilə zəngin olduğundan qidalardan dəmirin bioloji əlçatanlığını artırır, bu isə anemiyanın qarşısını almaq üçün vacibdir.
Dəri sağlamlığına fayda. Sitrus şirəsi hüceyrə zədələnməsini və dərinin qalınlığını azaldır, qırışların yaranmasını yavaşladır və kollagen istehsalını stimullaşdırır.
Astmanın qarşısının alınması. Sitrus meyvələrinin yüksək qəbulu astma və onun simptomlarının yaranma riskini azaldır.
Çəkinin idarə olunmasına dəstək. Limon şirəsi mədənin tutumunu artıraraq toxluq hissini sürətləndirir və iştahanı azaldır.
Diyetoloq onu da qeyd edir ki, limon qastroezofageal reflü, sitrus allergiyası və ağız yarası olan şəxslər üçün tövsiyə edilmir, çünki turşuluq simptomları gücləndirə bilər. Digər insanlar üçün isə limonun gündəlik, ölçülü istifadəsi sağlam vərdiş ola bilər.






