
Turşu kələm şorbası yaşlı insanlar üçün ən faydalı şorbadır. Dietoloq və tibb elmləri doktoru Mariyat Muxina izah etdi ki, bu şorba mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdıracaq və bədəni dəmirlə doyuracaq.
Yaşlı insanlarda ferment sistemləri tez-tez deqradasiyaya uğrayır, selikli qişa hamarlaşır. Mədə şirəsi daha az sintez olunur. Turşu kələmdən olan turşluq ferment sistemlərini gücləndirəcək və qidanın həzminə kömək edən əlavə turşuluq yaradacaq.
Turşu kələm C vitamini və sümükləri gücləndirən kalsiumla zəngindir. Tərkibində olan dəmir isə orqanizm tərəfindən hemoglobin səviyyəsini normal saxlamaq üçün tələb olunur. Bu elementi tam almaq üçün həkim şorbanı ət bulyonunda bişirməyi məsləhət görür.
Nurlan