Həkimlər Hepatit B xəstələrini qidalanma ilə bağlı ciddi xəbərdar edirlər. Bu virus qaraciyəri zədələdiyi üçün bəzi qidaların qəbulu xəstəliyin gedişini daha da ağırlaşdıra bilər.

Foodinfo.az xəbər verir ki, qaraciyərin qorunması üçün düzgün pəhriz müalicənin ayrılmaz hissəsidir. Xüsusilə yağlı, şəkərli və emal olunmuş qidalar orqanizmə əlavə yük yaradaraq sağalma prosesini ləngidir.

Fast food və qızartmalar qaraciyərdə yağ yığılmasını artırır və iltihabi prosesləri gücləndirir. Bu səbəbdən belə qidaların rasiondan çıxarılması tövsiyə olunur.

Spirtli içkilər Hepatit B xəstələri üçün ən təhlükəli faktor hesab olunur. Bu içkilər qaraciyər hüceyrələrini birbaşa zədələyərək ağırlaşma riskini artırır.

Tort, şirniyyat və qazlı içkilər kimi yüksək şəkərli məhsullar qaraciyərin piylənməsinə səbəb ola bilər. Eyni zamanda kolbasa, sosiska kimi emal olunmuş qidalar tərkibindəki kimyəvi qatqılar səbəbilə məhdudlaşdırılmalıdır.

Turşular və konservləşdirilmiş məhsullar orqanizmdə maye yığılmasına səbəb olaraq qaraciyərin işini çətinləşdirir.

Hepatit B xəstələri üçün ən vacib məsələ qaraciyəri qorumaqdır. Bunun üçün yağlı, şəkərli, spirtli və emal olunmuş qidalardan uzaq durmaq və balanslı qidalanmaya üstünlük vermək tövsiyə olunur.