Son dövrlərdə sağlam qidalanmaya marağın artması ilə balda marinad edilmiş sarımsaq yenidən diqqət mərkəzinə düşüb. Bu qarışıqdan maksimum fayda əldə etmək üçün onun qəbul vaxtı xüsusi əhəmiyyət daşıyır.
Foodinfo.az xəbər verir ki, bal və sarımsağın birgə istifadəsi immunitet sistemini gücləndirir, orqanizmi bakteriya və viruslara qarşı daha davamlı edir. Lakin təsirin daha güclü olması üçün düzgün vaxt seçilməlidir.
Balda marinad edilmiş sarımsağın səhər acqarına qəbulu daha məqsədəuyğundur. Bu zaman orqanizm faydalı maddələri daha yaxşı mənimsəyir, həzm sistemi aktivləşir və gün ərzində enerji səviyyəsi yüksəlir.
Bəzi hallarda bu qarışıq axşam saatlarında da istifadə oluna bilər. Yatmazdan əvvəl qəbul edildikdə bədənin bərpa proseslərinə dəstək verir. Lakin mədə həssaslığı olan şəxslərə bu üsul tövsiyə edilmir.
Mədə-bağırsaq problemi, aşağı təzyiq və ya allergiyası olan şəxslər bu qarışığı istifadə etməzdən əvvəl ehtiyatlı davranmalıdır.
Bir sözlə, balda marinad edilmiş sarımsaqdan maksimum fayda əldə etmək üçün ən uyğun vaxt səhər acqarına qəbul hesab olunur. Bu, həm immunitetin güclənməsinə, həm də ümumi sağlamlığın dəstəklənməsinə kömək edir.






