
İngiltərədə qadın anussuz uşaq dünyaya gətirib. Bu barədə Daily Mail məlumat yayıb.
Qərbi Susseksdən olan 36 yaşlı Viki Tompson 12 avqust 2022-ci ildə Çarli adlı oğlan uşağı dünyaya gətirib.
Qadının hamiləlik dövründə heç bir fəsadı olmayıb, ona görə də körpənin sağlam olduğuna əmin olub. Ancaq yeni doğulmuş uşağı müayinə edən həkimlər onun anus və düz bağırsağın atreziyası - düz bağırsağın təbii kanalının olmadığı anadangəlmə anomaliya olduğunu bildiriblər. Bu xəbər ananı dəhşətə gətirib.
Çarli mürəkkəb əməliyyat keçirib. Əməliyyatdan sonra körpə üç gün reanimasiya şöbəsində yatıb, iki gün komada olub. O, əməliyyatdan bir həftə sonra xəstəxanadan buraxılıb.
Viki deyir ki, dostları və qohumları infeksiyaya yoluxmaqdan qorxduqları üçün oğluna tək baxmalı olub. O, yaxınlarından dəstək almadığı üçün özünü tənha hiss etdiyini və çoxlu stress keçirdiyini etiraf edib.
Nurlan