
ABŞ-ın Corciya ştatında aqressiv vaşaq uşaqları və itləri şikəst edib. Bu barədə “USA Today” məlumat yayıb.
Vaşaq bir-birindən 400 metrdən az məsafədə yerləşən evlərinin yaxınlığında küçədə oynayan qız və oğlana hücum edib. Hücumlar bir-birinin ardınca 15-30 dəqiqə ərzində baş verib. Yırtıcı pişik qızı dişləyib, nəticədə o, xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmayan digər uşaq da xəsarət alıb və o da xəstəxanaya aparılıb.
Oglethorpe County Yanğından Xilasetmə sözçüsü Cody Gibbs, daha əvvəl eyni ərazidə iki itə hücum edildiyini söyləyib. Yerli sakinlərdən diqqətli olmağa və küçədə uşaqları diqqətlə izləməyə çağırılıb.
Leyla