Mütəxəssislərin sözlərinə görə, qarğıdalı saçaqları sadəcə bitki qalıqları deyil, əsl təbii dərmandır. Onun tərkibində vitaminlər, antioksidantlar və minerallar boldur.

Foodinfo.az qarğıdalı saçaqlarının faydalarını təqdim edir:

– Sidikqovucu təsir göstərərək bədəndə artıq mayeni azaldır,

– Böyrək və sidik yollarını qoruyur

– Qan şəkərini tarazlayır

– Xolesterolu salaraq ürək-damar sağlamlığına dəstək olur

– Qaraciyərin fəaliyyətini gücləndirir və toksinlərin atılmasına kömək edir

Mütəxəssislər xəbərdarlıq edir ki, qarğıdalı saçaqlarının çayı faydalı olsa da, həddindən artıq qəbul edilməməlidir. 

Hamilə qadınlar, təzyiqi aşağı olanlar və daimi dərman istifadə edənlər həkim məsləhəti olmadan içməməlidirlər.

Qarğıdalı saçaqlarından hazırlanan çay təbii və faydalı vasitə kimi gündəlik həyatda sağlamlığı qorumaqda əhəmiyyətli roloynayır.