
Qaragilə dünyanın ən faydalı giləmeyvələrindən biri hesab olunur. Foodinfo.az xəbər verir ki, bu giləmeyvə xüsusilə beyin sağlamlığı və yaddaş üçün əhəmiyyətlidir.
Boston Universitetindən neyroelm mütəxəssisi Dr. Robert Krikorian “Forbes Health”ə açıqlamasında bildirib ki, qaragilədəki antosiyaninlər beyində oksidləşdirici stressi azaldır. Onun sözlərinə görə, bu maddələr beyin hüceyrələrinin qocalmasının qarşısını alır. Dr. Krikorian qeyd edib ki, qaragilə müntəzəm yeyildikdə qısa və uzunmüddətli yaddaş güclənir.
Araşdırmalar göstərib ki, qaragilə istifadə edən yaşlı insanlarda demans riski azalır. Mütəxəssis əlavə edib ki, qaragilə beynin öyrənmə qabiliyyətini də artırır. Bu giləmeyvə həmçinin qan dövranını yaxşılaşdıraraq beyinə daha çox oksigen çatdırır. Dr. Krikorian bildirib ki, qaragilə sinir hüceyrələri arasında siqnal ötürülməsini sürətləndirir. Bu isə diqqət və konsentrasiyanı artırır. Mütəxəssis vurğulayıb ki, qaragilənin həm təzə, həm də dondurulmuş forması eyni faydalıdır. Onun sözlərinə görə, gündə bir ovuc qaragilə yemək beyinə ciddi dəstək ola bilər. Qaragilə həmçinin stress hormonlarını azaldaraq əhvalı yaxşılaşdırır. Dr. Krikorian yekunda bildirib ki, qaragilə beyinin ən təbii “yanacağı” hesab oluna bilər.