Mütəxəssislər darçınlı çayın həm immunitet, həm də həzm sistemi üçün faydalı olduğunu bildirirlər. Qandakı şəkəri tənzimləyən bu içki, xüsusilə diabet riski olan insanlar üçün faydalı hesab olunur.

Foodinfo.az xəbər verir ki, darçınlı çay metabolizmi sürətləndirərək arıqlamağa kömək edir, həmçinin orqanizmi soyuqdəymədən qoruyur. 

Mədə şişkinliyi və qaz problemlərinə qarşı da effektiv təsir göstərdiyi qeyd olunur.

Ürək-damar sağlamlığına müsbət təsir edən darçınlı çay xolesterin səviyyəsini salmağa yardımçı olur. 

Bundan əlavə, antiseptik xüsusiyyətləri sayəsində mikroblarla mübarizədə də faydalı hesab edilir.

Həkimlər xəbərdarlıq edirlər ki, darçınlı çayın həddindən artıq istifadəsi qaraciyərə zərər verə bilər. 

Hamilə qadınların və yüksək təzyiqi olan insanların isə bu içkini diqqətlə qəbul etməsi tövsiyə olunur.