Plastik qablar gündəlik həyatda geniş istifadə olunur. Foodinfo.az bildirir ki, bu qabların bir çoxu yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Təkrar istifadə zamanı plastikdəki kimyəvi maddələr — xüsusən BPA — qidaya keçə bilər. 

Bu maddələr hormon balansını poza və müxtəlif orqan sistemlərinə təsir göstərə bilər. Qızdırılan və ya turşulu qidalar bu riski daha da artırır. Plastik qablar zamanla cızıla və mikroskopik çatlar yarana bilər. Bu da bakteriyaların yığılmasına səbəb olur. 

Şüşə, keramika və paslanmayan polad qablar daha təhlükəsiz alternativ sayılır. Xüsusilə uşaqlara verilən yeməklər plastikdə saxlanmamalıdır. Plastik qabların alt hissəsindəki simvollar onların istifadəsinə dair ipucları verir.

 “Mikrodalğaya uyğundur” yazısı olsa belə, bu hər zaman təhlükəsiz anlamına gəlmir. Qablaşdırmanın sağlamlığa təsiri də qida qədər vacibdir.