
Mikrodalğalı soba müasir həyatın rahatlığıdır, lakin sağlamlıq baxımından bəzi risklər daşıyır. Foodinfo.az bildirir ki, bu cihazda qızdırılan bəzi qablar qida ilə kimyəvi reaksiyaya girə bilər. Xüsusilə plastik qablarda yemək qızdırıldıqda kanserogen maddələrin ayrılması riski yaranır.
Mikrodalğalı dalğalar qidanın molekulyar strukturunu dəyişə bilər, bu da bəzi vitamin və mineralların parçalanmasına səbəb olur. Qidaların bərabər qızmaması da bakterioloji təhlükə yarada bilər. Eyni qida hissəsinin bir tərəfi isti, digər tərəfi isə soyuq qalarsa, bakteriyalar sağ qala bilər.
Yemək bu səbəbdən tam bişmiş kimi görünə bilər, amma əslində zərərli mikroorqanizmlər qala bilər. Şüşə və keramika qablar istifadə etmək daha təhlükəsiz hesab olunur. Yeməyin üstü bağlanmadan qızdırılması su buxarının çıxması ilə quruluğa səbəb olur.
Mikrodalğalı soba istifadəsi mütləq qaydalara uyğun olmalıdır. Bu cihazın özünün zərəri az olsa da, istifadə tərzi risk yaradır. Sağlamlıq üçün doğru alət deyil, doğru istifadə vacibdir.