
Şəkərsiz saqqızlar hər kəsə zərərsiz görünə bilər. Foodinfo.az bildirir ki, onların tərkibində olan sorbitol, aspartam və digər süni tatlandırıcılar uzunmüddətli istifadədə bağırsaq mikroflorasını pozur.
Bu maddələr probiotik tarazlığa təsir edərək həzm sistemində problemlərə səbəb ola bilər. Bəzi insanlarda bu maddələr ishal, qaz və köp kimi şikayətlər doğurur. Xüsusilə gündə bir neçə dəfə saqqız çeynəyənlər bu təsirləri daha tez hiss edir.
Süni dadlandırıcılar həm də qaraciyər metabolizmini yavaşlada bilər. Saqqız çeynəmək diş təmizliyi üçün faydalı sayılsa da, bu maddələrin yan təsirləri nəzərə alınmalıdır. Təbii tərkibli saqqızlar seçilməli və miqdarına diqqət edilməlidir.
Uzun müddətli saqqız istifadəsi mədə turşusunu artıraraq reflüksə səbəb ola bilər. Eyni zamanda, saqqız çeynəmək əsəbi alışqanlığa çevrilə bilər. Uşaqlar üçün isə bu məhsullar daha ehtiyatla seçilməlidir. Gündəlik istifadə üçün saqqızın tərkibi mütləq oxunmalıdır.