
Payızın və qışın sevilən meyvələrindən olan iydə həm dadı, həm də sağlamlığa təsiri ilə seçilir. Qida lifləri, C vitamini, antioksidantlar və minerallar baxımından zəngin olan bu meyvə bir çox xəstəlikdən qorunmağa kömək edir.
Foodinfo.az iydənin əsas faydalarını təqdim edir:
– İmmuniteti gücləndirir. C vitamini və antioksidantları bədəni infeksiyalardan qoruyur.
– İshalı kəsir. Təbii büzücü təsiri ilə həzm sistemini sakitləşdirir.
– Mədə problemlərinə yaxşı təsir edir. Qastrit və mədə iltihabında rahatladıcı rol oynayır.
– Ürək sağlamlığını dəstəkləyir Kaliumla zəngin olduğu üçün qan təzyiqini tənzimləyir.
– Dərini gözəlləşdirir. Antioksidantlar dərini qocalma əlamətlərindən qoruyur.
Mütəxəssislər iydəni təzə, qurudulmuş və ya çay şəklində istehlak etməyi tövsiyə edir. Lakin həddindən artıq yemək qəbizlik yarada bilər.