Balıq yağı uzun illərdir ki, sağlamlıq üçün tövsiyə edilən əlavələr sırasındadır. Foodinfo.az bildirir ki, tərkibindəki omega-3 yağ turşuları beyin funksiyalarının dəstəklənməsində mühüm rol oynayır. 

Xüsusilə yaddaş, konsentrasiya və öyrənmə qabiliyyəti bu yağlarla güclənir. Uşaqlarda zehni inkişafı təşviq edən balıq yağı yaşlılarda da demensiya riskini azaldır. Antioksidant təsiri ilə beyin hüceyrələrini qoruyur. 

Eyni zamanda depressiya və narahatlıq əlamətlərinin azaldılmasında da faydalı sayılır. Sinir sisteminin balanslı işləməsi üçün omega-3 müntəzəm şəkildə qəbul edilməlidir. Təbii yolla alınması daha faydalı hesab olunur. 

Somon, skumbriya və sardina kimi yağlı balıqlarda bu maddə bol miqdarda olur. Balıq yağı, balanslı bir həyat tərzinin əsas komponentlərindən biri kimi tövsiyə olunur.