Gülmək yalnız emosional rahatlıq deyil, həm də fiziki sağlamlıq üçün çox vacibdir. Foodinfo.az bildirir ki, gülüş zamanı bədəndə endorfin adlı xoşbəxtlik hormonu ifraz olunur ki, bu da stressi azaldır və immun sistemini gücləndirir.

Gülüş ürək döyüntüsünü normallaşdırır və qan dövranını yaxşılaşdırır. Əhval yüksəldikcə ətraf mühitlə münasibət də müsbət yöndə dəyişir. Sosial əlaqələri gücləndirən gülmək insanı daha açıq və pozitiv biri kimi göstərir. 

Gün ərzində sadəcə bir neçə dəfə ürəkdən gülmək belə psixoloji gərginliyi azalda bilir. Gülüş təbii ağrıkəsici kimi də işləyir. Beyindəki stress mərkəzləri gülüş zamanı aktivliyi azaldır. İstər komediya izləməklə, istər yaxın dostlarla ünsiyyət zamanı gülmək sağlam həyat tərzinin ayrılmaz hissəsidir.