
Təzə zəncəfil min illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur və bu gün də öz müalicəvi təsirini qoruyub saxlayır.
Foodinfo.az bildirir ki, onun tərkibindəki gingerol maddəsi güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, bu da orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini artırır.
Zəncəfil mədə-bağırsaq sisteminin funksiyalarını tənzimləyərək qaz, bulantı və şişkinlik kimi problemlərin qarşısını alır. Eyni zamanda oynaq ağrıları və revmatizm kimi xəstəliklər zamanı təbii ağrıkəsici rolunu oynayır. Qan dövranını yaxşılaşdıran zəncəfil, damarların elastikliyini artıraraq ürək sağlamlığını qoruyur və qan təzyiqini normallaşdırır.
Bir sıra araşdırmalar onun xərçəng hüceyrələrinin inkişafını ləngidə biləcəyini göstərir. Günün əvvəlində qəbul edildikdə bədəni enerji ilə təmin edir, zehni aydınlaşdırır və stresin səviyyəsini aşağı salır. Sağlam həyat tərzi sürənlər üçün zəncəfil həm gündəlik istifadəyə, həm də profilaktik məqsədlərə uyğun ideal qidadır.